
Liqa 1-də sentyabrın ən yaxşısı odur
“Lans” klubunun yarımmüdafiəçisi Florian Tauvin Fransa Liqa 1-də sentyabrın ən yaxşı futbolçusu elan edilib.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1-in mətbuat xidməti məlumat yayıb.
32 yaşlı vinger sentyabrda Fransa çempionatında 3 oyunda iştirak edib və 1 qol vurub. Onun sabit çıxışı “Lans”ın mövsümə inamlı davam etməsində mühüm rol oynayıb. Tauvinin komandası hazırda Liqa 1-də 13 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Tauvin cari mövsümdə ümumilikdə 7 qarşılaşmada meydana çıxıb, 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



