Liqa 1-də ayın ən yaxşısı bəlli oldu

Futbol üzrə Fransa çempionatında noyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Monpelye”nin hücumçusu Endi Delor ötən ayın ən yaxşısı elan olunub.

Bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb. Delor noyabrda dörd çempionat oyununda iştirak edib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

İkinci yeri “Monako”nun hücumçusu Kevin Folland, üçüncü pilləni isə “Brest”in forvardı İrvin Kardona tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button