Liqa 1-dən Premyer Liqaya
İngiltərənin “Vulverhempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Lion “Olimpik”inin braziliyalı müdafiəçisi Fernando Marsalı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasında “5” nömrəli formanı geyinəcək.
Marsal 2017-ci ildən Fransa klubunun uğurları üçün çalışırdı. O, daha öncə “Genqam”, “Qaziantepspor”, “Nasional”, “Torreense” kimi klublarda da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin