Liqa 1-ə yüksələn ikinci klub bəlli oldu
Növbəti mövsümdən Fransa Liqa 1-də çıxış edəcək ikinci klub bəlli olub.
Komanda.az xəbər verir ki, “Brest” klubu gələn mövsümdə Liqa 1-də mübarizə aparacaq.
Son turda doğma azarkeşləri qarşısında “Nyor”u 3:0 hesabıyla məğlub edərək, xallarının sayını 74-ə çatdıran “Brest”, çempionatın bitiminə 1 tur qalmış əsas liqaya yüksəlməyi təmin edib.
Turnir cədvəlində lider olan “Mets” də Liqa 1-də iştirak haqqı qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin