Lippertin yeni iş yeri müəyyənləşdi
AFFA-nın keçmiş texniki direktoru Bernhard Lippertin yeni iş yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, Lippert fəaliyyətini Qanada davam etdirəcək. O, Qana Futbol Federasiyasının texniki direktoru vəzifəsini həyata keçirəcək. Onunla 2 illik müqavilə imzalanıb.
2008-ci ildən AFFA-da çalışan Lippert bu ilin iyununda federasiyadakı işindən ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin