
Fransa klubunu “Milan”a dəyişə bilər
“Lion”un yarımmüdafiəçisi Ussem Auar karyerasını “Milan”da davam etdirə bilər.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, Auar “Lion”u tərk etməyə hazırdır. 24 yaşlı fransalının klubla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
Öncədən futbolçu ilə “Roma”, “Yuventus” və “Mançester Siti”nin maraqlandığı bildirilirdi.
Auar bu mövsüm “Lion”un heyətində 6 oyuna çıxıb, 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin