Keçmiş baş məşqçisi “Lion”dan təzminat tələb edir
“Lion”un keçmiş baş məşqçisi Fabio Qrosso müqaviləsinə vaxtından əvvəl xitam verdiyi üçün klubdan təzminat tələb edir.
Komanda.az “Le Pregres”-ə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis istefasından dərhal sonra Fransa klubundan 1,5-2 milyon avro məbləğində təzminat tələb edib.
Qrosso sentyabrdan “Lion”a rəhbərlik etməyə başlayıb və noyabrın 30-da istefaya göndərilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin