
“Lion”un yeni baş məşqçisi məlum oldu
“Lion”un yeni çalışdırıcısının adına aydınlıq gəlib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Fransa klubu Fabio Qrosso ilə anlaşıb.
İtaliyalı mütəxəssis bu postda bir neçə gün əvvəl istefaya göndərilmiş Loran Blanı əvəzləyəcək.
Qrosso 2007-2009-cu illərdə “Lion”un futbolçusu olub. O, İtaliya millisinin heyətində 2006-cı ildə dünya çempionluğunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin