“Lion” 20 milyon avro ödəməyə hazırdır – türk futbolçu üçün
“Lion” “Qalatasaray”ın yarımmüdafiəçisi Kərəm Aktürkoğlunu transfer etməyi planlaşdırır.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş”la derbi matçında (2:1) yaxşı təsir bağışlayan Aktürkoğlunu “Nef Stadium”da izləyən “Lion” təmsilçiləri, onu transfer etməyə hazırdırlar. Fransa klubu 23 yaşlı cinah oyunçusu üçün 20 milyon avro ödəmək istəyir.
Aktürkoğlu iki mövsüm əvvəl 3-cü liqa komandası “Ərzincanspor”dan ödənişsiz olaraq “Qalatasaray”a keçib.
Kərəm Aktürkoğlunun “transfermarkt”da dəyəri 11 milyon avro göstərilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin