“Lion”u tərk etmək istəyir – məşqlərə qatılmır
“Lion”un futbolçusu Ussem Auar klubu tərk etmək istəyir.
Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi özünə yeni klub axtardığı üçün “Lion”un məşqlərinə qatılmır. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Auar sonuncu dəfə iyulun 1-də komandanın məşqində iştirak edib. O, baş məşqçi Peter Bosla danışdıqdan sonra bir daha məşqə getməyib.
Auarla İngiltərənin “Liverpul” və İtaliyanın “Yuventus” klubları maraqlanır.
Yarımmüdafiəçinin “Lion”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin