“Lion”dan növbəti transfer
Fransanın “Lion” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi İtaliyanın “Sampdoriya” klubunun müdafiçisi Yoakim Anderseni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma transferin detalları açıqlanmayıb. Sadəcə, tərəflərin 5 illik müqaviləyə imza atdığı bildirilir.
23 yaşlı danimarkalı futbolçu Hollandiyanın “Tvente” klubunun yetirməsidi. O, “Sampdoriya”da 2017-ci ildən çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin