Lionda darmadağın

Fransa Liqa 1-də 21-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 4 oyun baş tutub.

“Oser” – “Tuluza” matçında qalib müəyyənləşməyib. Lion “Olimpik”i “Reyms”i, “Strasburq” “Monpelye”ni məğlub yola salıb. “Anje”nin qonağı olan Marsel “Olimpik”i də turu qələbə ilə başa vurub.

Hazırda 53 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 43, “Nitsa” və “Monako” 37, “Lill” 35, Lion “Olimpik”i ilə “Lans”ın 33, “Brest”in 31 xal toplayıb.

Fransa Liqa 1
21-ci tur

7 fevral

Nant – Brest 0:2
Qollar
: Ayorke, 9. Melu, 90+6.

PSJ – Monako 4:1
Qollar
: Vitinya, 6. Kvaratsxeliya, 54. Dembele, 57; 90 – Zakariya, 17.

8 fevral

Nitsa – Lans 2:0
Qollar
: Laborde, 10-pen. Klauss, 64.

Lill – Havr 1:2
Qollar
: Akpom, 90+7 – A.Hassan, 38. Sumare, 56.

Sent Etyen – Renn 0:2
Qollar
: Kalimuendo, 15. Naqida, 85.

9 fevral

Olimpik (Lion) – Reyms 4:0
Qollar
: Talyafiko, 36. Tolisso, 68. Şerki, 79. Mikautadze, 90+3.

Oser – Tuluza 2:2
Qollar
: J.Junior, 62. Traore, 73 – Kressuel, 68. Edjuma, 89.

Strasburq – Monpelye 2:0
Qollar
: Emeqa, 45+2. Nanasi, 69.

Anje – Olimpik (Marsel) 0:2
Qollar
: Rabyo, 69. Maupay, 74.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button