“Lion”da baş məşqciylə bağlı qərar verilib
Peter Boş gələn mövsümdə də “Lion”un baş məşqçisi vəzifəsində çalışacaq.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, bu məlumatı klub prezidenti Jan-Mişel Olas da təsdiqləyib.
58 yaşlı mütəxəssis ötən ildən Fransa təmsilçisini çalışdırır.
“Lion” Liqa 1-də 49 xalla səkkizinci yerdədir və növbəti mövsümdə avrokuboklara vəsiqə qazanmaq şansı hələ də var. Həmçinin, Boşun rəhbərlik etdiyi komanda Konfrans Liqasının 1/4 finalına yüksəlib və burada İngiltərə “Vest Hem”inə ümumi hesabda uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin