“Lion”a qayıdan Lakazettdən açıqlama

Fransalı hücumçu Aleksandr Lakazett niyə “Lion”a qayıtmaq qərarına gəldiyini açıqlayıb.

Komanda.az Fransa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Lakazett, komandaya kömək etmək istədiyini deyib:

“Lion”a qayıtmağım göz qabağında idi. Komanda ötən mövsümün sonunda Çempionlar Liqasına düşə bilməsə də, hələ də iddiaları var. İnanıram ki, futbolçu kimi böyümüşəm və liderlik qabiliyyətimi artırmışam. Mən kluba kömək etmək istəyirəm.

Kapitan sarğısı? Bu, baş məşqçidən asılıdır. Hər halda, paltardəyişmə otağında komanda yoldaşlarımla danışmaq və komandaya kömək etmək üçün mənə sarğı lazım deyil”.

Lakazett “Lion”un yetirməsidir. O, 2017-ci ildə Fransa klubundan “Arsenal”a keçib. 31 yaşlı hücumçu 2021/22 mövsümünün sonunda London komandasını azad agent kimi tərk edib.

Bu gün “Lion” Lakazettin geri qayıtdığını elan edib. Fransalı futbolçu “Lion”la 2025-ci ilin iyun ayının sonuna qədər müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button