
“Lion” PSJ-yə uduzandan sonra Kvaratsxeliyanın oyunda iştirakına etiraz edib
“Lion” PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın Fransa çempionatının 23-cü turunun oyununda iştirakına etiraz edib.
Parislilər 3:2 hesabı ilə qalib gəlib, gürcü futbolçu isə məhsuldar ötürmə verib.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, “Lion” Peşəkar Futbol Liqasının (LFP) Hüquq Məsələləri Komitəsinə şikayət edib.
“Lion”un prezidenti Con Tekstor çərşənbə axşamı LFP tərəfindən alınan məktubda oyunçunun PSJ-yə keçidinin “yalnız xarici qrantları qadağan edən qaydanı pozan maliyyə sayəsində mümkün olduğunu” söyləyib və əlavə edib ki, “onun müqaviləsinin rəsmi təsdiqi və yeni oyunçu kimi qeydiyyatı LFP-nin inzibati reqlamentinin müddəalarını pozur”.
Paris klubu Kvaratsxeliyanı bu ilin yanvarında “Napoli”dən 70 milyon avroya alıb.
Bizi Facebook-da izləyin