“Lion” İngiltərə klubunun futbolçusunu transfer edib – Rəsmi

“Lion” klubu İngiltərə təmsilçisi “Nottingem Forest”in yarımmüdafiəçisi Mussa Niakateni transfer edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı seneqallı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Fransa təmsilçisi futbolçu üçün 31,9 milyon avro ödəyib.

Niakate 2022-ci ilin yayında 10 milyon avroya Almaniyanın “Maynts” klubundan İngiltərə təmsilçisinə keçib. Yarımmüdafiəçi “Nottingem Forest”də meydana çıxdığı 37 oyunda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button