PSJ fransalı futbolçunun transferindən vaz keçib
PSJ “Lion”un hücumçusu Bredli Barkolanı transfer etməkdən vaz keçib. Öncədən parislilər onun üçün 30 milyon avrodan daha yüksək məbləğ ödəməyə hazır olduqlarını demişdilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisinin mümkün transferi etmək istəməməsinin səbəbi də açıqlanıb: “Lion” hər keçən gün forvardın transfer qiymətini dəyişdiyi üçün PSJ bunu xoş qarşılamayıb.
“Lion” Barkolanın qiymətini dəyişməyə davam etsə, onun PSJ-yə keçidi reallaşmayacaq.
Fransalı futbolçunun Lion təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyununa qədərdir. O, ötən mövsüm bütün turnirlər daxil olmaqla 35 oyunda 7 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin