“Lion” futbolçusunu ərəblərə satdı
“Lion”un hücumçusu Karl Toko Ekambi Səudiyyə Ərəbistanı klubu “Abha”ya keçib.
Komanda.az Abha təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı kamerunlu ilə iki illik müqavilə imzalanıb.
Karl Toko Ekambi 2020-ci ildən “Lion”un futbolçusu idi. O, 2022/23 mövsümünü icarə əsasında “Renn”də keçirib və Liqa 1-də 38 oyuna çıxıb, 9 qol vurub, 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin