“Lion” baş məşqçi dəyişkiliyinə hazırlaşır

Fransanın “Lion” klubu artıq yeni baş məşqçi axtarışına başlayıb.

Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, “Lion” rəhbərliyi baş məşqçi Peter Boşun işindən razı deyil və onunla yolları ayırmağı planlaşdırır.

“Lion”da baş məşqçi postuna əsas namizədlərdən biri “Monako”nun və “Bayern”in keçmiş çalışdırıcısı Niko Kovaçdır. PSJ-nin keçmiş baş məşqçisi Loran Blan da namizədlər arasındadır.

“Lion” Liqa 1-də 29 turdan sonra 42 xalla 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button