“Lion” baş məşqçisinə ultimatum verib

“Lion” baş məşqçisi Fabio Qrosso ilə yollarını ayıra bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi 45 yaşlı mütəxəssisə ultimatum verib.

Komanda çempionatın növbəti iki oyunundan birində qalib gəlməsə, onunla müqaviləyə xitam veriləcək.

Qrosso “Lion”a sentyabrın 16-da baş məşqçi təyin olunub.

“Lion” Liqa 1-də 9 turdan sonra 3 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb. Komanda oktyabrın 29-da “Marsel”in qonağı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button