Klubsuz qalan futbolçu “Vest Hem”lə məşq edir
Yarımmüdafiəçi Cessi Linqard “Vest Hem”in məşqlərində iştirak edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı ingilis futbolçu “Nottingem Forest”dən ayrıldıqdan sonra London komandasının məşqlərinə qatılmaqla formasını qoruyur.
Futbolçuya Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və MLS-dən təkliflərin olduğu bildirilir.
Linqard 2022/23 mövsümündə “Nottingem Forest”də çıxış edib, 20 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin