Linqard Cənubi Koreya klubunda

İngiltərə millisinin sabiq futbolçusu Cessi Linqardın yeni klubu müəyyənləşib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Cənubi Koreyanın “Seul” klubu ilə 2 illik müqavilə imzalayacaq. Linqard “Seul”a azad agent kimi keçir.

Daha əvvəl “Mançester Yunayted”, “Vest Hem”, “Derbi Kaunti”, “Brayton” və “Lester”da çıxış edən futbolçunun son klubu “Nottingem Forest” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button