“Linkoln” “Qarabağ”la oyunlar üçün 22 futbolçu sifariş edib
Cəbəllütariqin “Linkoln” klubu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Linkoln” 22 futbolçu sifariş edib.
Baş məşqçi Xavyer Munyosun siyahıya daxil etdiyi oyunçulardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 8-i yarımmüdafiəçi, 5-i isə hücumçudur.
Qapıçılar: Deyl Kolinq, İvan Villanueva, Nauset Santana;
Müdafiəçilər: Roy Çipolina, Bernardu Lopeş, İtan Britto, İbrahim Ayu, Con Sarcent, Xesus Toskano;
Yarımmüdafiəçilər: Xuampe, Qrem Torilya, Cumaney Börnet, Marko Rosa, Mandi, Liam Uoker, Mustafa Yahaya, Samson Acayi;
Hücumçular: Santi Luke, Kike Qomes, Nano, Li Kasyaro, Xuan Penya.
“Qarabağ” “Linkoln”a qarşı ilk oyunu iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.
Bizi Facebook-da izləyin