“Linkoln” “Qarabağ”la oyundan əvvəl kapitanını dəyişdi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Linkoln”un (Cəbəllütariq) kapitanı dəyişib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Bernardu Lopeş Roy Çipolinanı əvəzləyəcək. Vitse-kapitanlar isə Liam Uoker və Li Kasyaro olacaq.

“Qarabağ” “Linkoln”a qarşı ilk oyununu iyulun 11-də, səfərdə keçirəcək. Cavab matçı bir həftə sonra Bakı Olimpiya Stadionunda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button