“Mançester Yunayted”dən narazı olan futbolçu “Fənərbaxça”ya keçə bilər

“Mançester Yunayted”in müdafiəçisi Viktor Lindelöf gələcəyi ilə bağlı qərar verib.

Komanda.az “Give Me Sport”-a istinadən xəbər verir ki, isveçli futbolçu karyerasını başqa komandada davam etdirmək istəyir.

Lindelöf bu transfer pəncərəsində komandasını dəyişmək niyyətindədir, çünki son iki mövsümdəki oyun təcrübəsi onu qane etmir. “Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyonun çalışdırdığı Türkiyənin “Fənərbaxça” komandasının 29 yaşlı müdafiəçinin xidmətində maraqlı olduğu bildirilirdi.

“Mançester Yunayted” bu transfer pəncərəsində yeni mərkəz müdafiəçisi gətirmək istəyir. Belə olan halda, Lindelöf anlayır ki, sabit oyun praktikası olmayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button