Limitsizliyə “5”!, reqlamentə “təcavüz”ə “2”!

Rəşad Ergün

Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında komanda sayı 10-dan 12-yə artırılacaq. Həmişə dəstəklədiyim bir qərar da növbəti mövsümdən qüvvəyə minəcək: legioner limiti ləğv olunacaq.

Komanda sayının artırılması mübahisələndirilə bilən məsələdir. Belə çıxır ki, bu mövsümün sonunda Premyer Liqanı heç bir komanda tərk etməyəcək. Əslində, iki klub Premyer Liqanı tərk etməlidir, birinci diviziondan dörd komanda elitaya yüksəlməlidir (birbaşa vəsiqə və pley-off oyunları ilə). Ağıl və məntiq, hətta Azərbaycan futbolunda ayaq altında tapdalanmaqdan əzik-üzük olmuş qaydalar da bunu deyir. Amma az müddət sonra Premyer Liqada çıxış edə biləcək dörd komanda varmı birinci divizionda? Yoxdur.

Deməli, Premyer Liqada bu mövsüm heç bir komanda elitanı tərk etmək dərdində olmayacaq. Bu isə Azərbaycan futbolunda növbəti dəfə idman prinsiplərinin, reqlamentin pozulması, urvatsız edilməsidir. Hə, bu mövsüm demək olar ki, çempion da məlumdur, hətta avrokuboklara gedəcək komandalar da. Yaxşı, millət, xalq, “narod”, camaat Premyer Liqanı hansı həvəslə, həyəcanla izləsin bundan sonra?

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button