“Lill”in futbolçusu Türkiyədə karantinə alınıb – koronavirusa görə

Futbol üzrə Türkiyə milli komandasının və Fransanın “Lill” klubunun müdafiəçisi Zeki Çelik koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin baş məşqçisi Kristof Qaltye bu gün keçirilmiş mətbuat konfransında məlumat verib.

O, Fransa çempionatının 31-ci turu çərçivəsində baş tutacaq PSJ ilə oyundan öncə jurnalistlərlə görüşündə Zekinin koronavirus testinin pozitiv çıxdığı üçün Türkiyədə karantinə alındığını bildirib. Baş məşqçi müdafiəçinin Fransaya nə vaxt qayıdacağını bilmədiklərini söyləyib.

Qeyd edək ki, Zeki Çelik DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Norveçlə oyundan öncə COVİD-19 testindən keçmiş və nəticəsi pozitiv çıxmışdı. Onunla yanaşı, İrfancan Kahveci, Nazım Sanqare, Merih Demiral, Cenk Tosun, Kaan Ayhan, Dorukhan Toköz və Emre Kılınç da koronavirusa yoluxub. Türkiyə Futbol Federasiyası son açıqlamasında daha 4 futbolçunun koronavirus testinin pozitiv çıxdığını bildirsə də, onların adlarını açıqlamayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button