“Lill”in futbolçusu silahlı hücuma məruz qaldı
Fransanın “Lill” klubunun futbolçusu Reynildo Mandava silahlı hücuma məruz qalıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mandavanın sağlıq durumu yaxşıdır.
Mandava Mozambikdə avtomibilini oğurlamaq istəyən bir neçə şəxsin hücumuna məruz qalıb. 27 yaşlı futbolçunun avtomobilinin şüşəsi açılan atəş nəticəsində sınıb. Hadisədən sonra polis bölməsinə gedən Mandava gecəni orda keçirib.
Mandava ötən mövsüm “Lill”lə 35 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin