“Lill”in baş məşqçisi postunu tərk edəcək
“Lill”in baş məşqçisi Paulo Fonseka postunu tərk edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 51 yaşlı portuqaliyalı məşqçi gedəcəyini açıqlamazdan əvvəl yaxın vaxtlarda klub rəhbərliyi ilə görüş keçirəcək.
Fonseka 2022-ci ildən “Lill”in baş məşqçi postundadır. Komanda onun rəhbərliyi altında bu mövsüm Fransa çempionatında dördüncü yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin