“Lill”dən “Lester Siti”yə
İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Bubakari Sumareni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı fransızla 5 illik müqavilə imzalanıb.
PSJ-nin yetirməsi olan Bubakari Sumare, 2017-ci ildən “Lill”də çıxış edirdi. O, bu klubun əsas komandasında 100-dən çox oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin