“Lill”in türk futbolçusu Rusiya yolunda

“Lill” klubunun futbolçusu Yusuf Yazıcı karyerasını Rusiyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi ilə ÇSKA klubu yaxından maraqlanır. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Yusufun menecerliyini edən şirkətin adı açıqlanmayan bir nümayəndəsi Moskva təmsilçisinin futbolçu ilə maraqlandığını təsdiqləyib.

“Lill” ilə bu mövsüm 22 oyuna çıxan türk futbolçu 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button