Burak Yılmaz Çempionlar Liqasının tarixinə düşdü
“Lill” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Zalsburq”a (Avstriya) məğlub olub – 1:2.
Komanda.az xəbər verir ki, sözügedən oyunda “Lill”in yeganə qolunu vuran Burak Yılmaz rekorda imza atıb.
62-ci dəqiqədə fərqlənən 36 yaşlı hücumçu, Çempionlar Liqasında qol vurmağı bacaran ən yaşlı türk futbolçu olub. Bundan başqa, Burak ÇL-də 7 ildən sonra qol sevinci yaşayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin