
“Liverpul” yunan futbolçu ilə bağlı qərar verib
“Liverpul” müdafiəçisi Kostas Tsimikasla yollarını ayırmağa hazırlaşır.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, mersisaydlıların rəhbərliyi yunan futbolçunun 2024/25 mövsümünün sonunda satılmasına qərar verib.
Məlumatda bildirilir ki, Tsimikasın yay transfer pəncərəsində təxminən 20 milyon avroya satılması gözlənilir.
Bu mövsüm 28 oyunda meydana çıxan 28 yaşlı müdafiəçi 2 məhsuldar ötürmə ilə yadda qalıb. Tsimikas cari mövsümdə “Liverpul”la birlikdə vaxtından əvvəl İngiltərə çempionluğunu təmin edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



