
“Çelsi” futbolçusunu Çempionşip klubuna satdı – Rəsmi
“Çelsi”nin müdafiəçisi Etan Ampadu Çempionşip təmsilçisi “Lids”ə transfer olunub.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “zadəganlar” 22 yaşlı futbolçunun satışına görə 7 milyon funt-sterlinq alacaqlar və müqavilə çərçivəsində bonus ödənişləri də nəzərdə tutulub.
Ampadu 2017-ci ildə “Çelsi”yə keçib və komandanın heyətində 12 oyuna çıxıb. O, son 4 mövsümdə 4 dəfə (“Leyptsiq”, “Şeffild Yunayted”, “Venesiya” və “Spetsiya”) icarəyə verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin