“Lids” “Barselona”nın 72 milyon avroluq təklifini gözləyir

“Barselona” “Lids”in yarımmüdafiəçisi Rapinya Diaz üçün bonuslar da daxil olmaqla 72 milyon avro ödəməyə hazırdır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Lids” Kataloniya klubunun təklifini rəsmi olan kimi qəbul edəcək.

Xəbərdə qeyd olunur ki, 25 yaşlı braziliyalı üçün “Barselona” karyerasında ən böyük arzusudur.

Rapinya ötən mövsüm “Lids”in heyətində 35 oyunda 11 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun İngiltərə klubu ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button