Liderin oyununa qar əngəli

Futbol üzrə Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində keçirilməli olan “Başakşəhər” – “Bursaspor” matçı təxirə salınıb.

Komanda.az xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub. İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçirilən oyun başlayandan cəmi 5 dəqiqə sonra baş hakim Halis Özkahya güclü qar yağması səbəbindən qarşılaşmanı dayandırmaq məcburiyyətində qalıb.

Türkiyə mətbuatının yaydığı məlumata görə, matç sabah yerli vaxtla 19:00-da qaldığı yerdən davam etdirilməlidi. Lakin yenə əlverişsiz hava şəraiti hökm sürsə, matç başqa bir tarixə təxirə salınacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button