
Liderin növbəti qələbəsi
Almaniya Bundesliqasında 27-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, 6 oyun baş tutub.
Lidr “Bayern” “Sankt Pauli”ni, “Borussiya” (Mönhenqladbax) “Leypsiq”i, “Ayntraxt” “Ştutqart”ı məğlub yola salıb. “Hoffenhaym” – “Auqsburq” matçı bərabərliklə yekunlaşıbsa, “Holştayn” evdə “Verder”ə, “Volfsburq” da “Haydenhaym”a uduzub.
Almaniya Bundesliqası
27-ci tur
28 mart
Bayer – Boxum 3:1
Qollar: A.Qarsiya, 20. Bonifase, 60. A.Adli, 87 – Passlak, 26.
29 mart
Borussiya (Mönhenqladbax) – Leypsiq 1:0
Qol: Plea, 56.
Bayern – Sankt Pauli 3:2
Qollar: H.Keyn, 17. Sane, 53; 71 – Saad, 27. Ritska, 90+3.
Hoffenhaym – Auqsburq 1:1
Qollar: Kramariç, 71-pen – Essende, 46.
Holştayn – Verder 0:3
Qollar: Dukş, 25. Aqu, 59. Qrull, 90+3.
Volfsburq – Haydenhaym 0:1
Qol: Pyeringer, 16-pen.
Ayntraxt – Ştutqart 1:0
Qol: Götse, 71.
30 mart
17:30. Frayburq – Union Berlin
19:30. Borussiya (Dortmund) – Maynts
Bizi Facebook-da izləyin



