“Köln”lə “Volfsburq” 3 xalı 4 qola qazandı
Almaniya Bundesliqasında 20-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, açılış matçında Berlinin “Herta” klubu doğma azarkeşləri qarşısında “Şalke”ni qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.
Dortmund “Borussiya”sı bu turda “Yunion”u darmadağın edib. “Bavariya” isə “Maynts”ı sınağa çəkib və inamlı qələbəyə sevinib.
Turun mərkəzi görüşündə lider “Leyptsiq” ən yaxın izləyicilərindən olan Münhenqladbax “Borussiya”sını qəbul edib. Bu görüş heç-heçə başa çatdığı üçün liderliyi “Bavariya” ələ keçirib.
Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Köln” doğma meydanda “Frayburq”u darmadağın edib. “Volfsburq” isə səfərdə “Paderborn” üzərində inamlı qələbəyə sevinib.
Almaniya Bundesliqası, 20-ci tur
31 yanvar
Herta – Şalke 0:0
1 fevral
Auqsburq – Verder 2:1
Qol: Nyederlexner, 67. Varqas, 82 – Yedvay, 23-öz qapısına.
Borussiya D – Yunion 5:0
Qol: Sanço, 13. Haland, 18; 76. Roys, 68-pen. Vitsel, 70.
Fortuna – Ayntraxt 1:1
Qol: K.Ayhan, 78 – Çandler, 90+3.
Hoffenhaym – Bayer 2:1
Qol: Kramariç, 23 – Skov, 65 – Diabi, 11.
Maynts – Bavariya 1:3
Qol: Yuste, 45 – Levandovski, 8. Müller, 14. Alkantara, 26.
Leyptsiq – Borussiya M 2:2
Qol: Şik, 50. Nkunku, 89 – Plea, 24. Hofmann, 35.
2 fevral
Köln – Frayburq 4:0
Qol: Bornau, 29. Kordoba, 55. Ehizyube, 90+1. Yakobs, 90+2.
Paderborn – Volfsburq 2:4
Qol: Zolinski, 22. Vasiliadis, 72 – Knoxe, 26. Ginçek, 40; 60. Arnold, 76.
Bombardir: Robert Levandovski (Bavariya) – 22 qol.
Bizi Facebook-da izləyin