Lider yenə sürprizə imkan vermədi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün keçirilən oyunlarla üçüncü dövrəyə yekun vurulub.

Komanda.az xəbər verir ki, günün ilk görüşündə “Murov”la “Abşeron” üz-üzə gəlib.

Bu matçda qalib 4 setdə müəyyənləşib. Oyun “Abşeron”un 25:22 hesablı üstünlüyü ilə başlasa da, sonda “Murov” qələbəyə sevinib. İkinci setdə 25:14 hesabı ilə qalib gələn Vüqar Əliyevin yetirmələri üçüncü və dördüncü setlərdə də 25:22, 31:29 hesabı ilə qalib gəliblər. Beləliklə, aktivinə 3 xal yazdıran “Murov” turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Voleybol Mərkəzində təşkil olunan 9-cu turun son qarşılaşması “Azərreyl” və UNEC komandaları arasında olub. Bu görüşdə isə qalib 3 setdə müəyyənləşib. Turnir cədvəlinə liderlik edən Eldar Yusubovun komandası bu matçdan da asan qələbə ilə ayrılıb. “Azərreyl” ilk hissəni 25:13, sonrakı setləri isə 25:17 və 25:14 hesabı ilə qazanıb.

Üçüncü dövrədən sonra “Azərreyl” 23 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Murov”un 16, “Abşeron”un 15 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

Murov – Abşeron 3:1 (22:25, 25:14, 25:22, 31:29)
Azərreyl – UNEC 3:0 (25:13, 25:17, 25:14)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button