4 dəfə “Bavariya”ya, 1 dəfə “Milan”a “yox” deyib
“Leyptsiq”in Zaqreb “Dinamo”sundan Daniel Olmonu transfer etdiyini xəbər vermişdik.
Komanda.az xəbər verir ki, ispan futbolçu Bundesliqa təmsilçisinə keçməzdən əvvəl bir neçə Avropa klubuna “yox” deyib. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Xəbərdə, Olmonun “Leyptsiq”dən əvvəl dörd dəfə “Bavariya”ya, bir dəfə də “Milan”a rədd cavabı verdiyi bildirilir. “Bavariya”da əsas heyətə düşə bilməməkdən ehtiyat edən Olmo, “Milan”a da İtaliyaya getmək istəmədiyi üçün “yox” deyib.
“Barselona”nın yetirməsi olan Olmo, “Leyptsiq”lə 4 illik müqavilə imzalayıb.
22 yaşlı yarımmüdafiəçi ötən ildən İspaniyanın əsas millisinə dəvət alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin