“Leyptsiq”in yeni baş məşqçisi bəlli oldu – Rəsmi

“Leyptsiq” rəsmi saytı vasitəsilə komandanın yeni baş məşqçisinin adını açıqlayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı bundan sonra Ole Verner çalışdıracaq. 37 yaşlı mütəxəssislə müddəti 2027-ci ilin ortalarına qədər olan müqavilə imzalanıb.

Verner daha əvvəl dörd ilə yaxın “Verder”in baş məşqçisi olub. Mayın sonunda Bremen təmsilçisi onun ayrıldığını açıqlamışdı. “Verder” Bundesliqanın son mövsümünü turnir cədvəlinin 8-ci pilləsində başa vurub.

“Leyptsiq” son mövsümdə 51 xal toplayaraq, turnir cədvəlini 7-ci pillədə tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button