“Leyptsiq”in futbolçusundan “Real”a “yaşıl işıq”
“Leyptsiq”in müdafiəçisi Dayot Upamekano karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu “Real”ın hədəfindədir. Futbolçunun “kral klubu”nun marağında olduğunu öyrəndikdən sonra “Leyptsiq”lə yeni müqavilə ilə bağlı danışıqları dayandırdığı bildirilir. Upamekano, cari mövsümün sonunda komandadan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.
Fransalı futbolçunun klubla müqaviləsi 2021-ci ilin iyununda başa çatır. Upamekanonun “Barselona”, “Liverpul”, “Mançester Siti” kimi klubların da maraq dairəsində olduğu bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin