“Monako”nun almanı Bundesliqaya qayıdır
“Monako”nun müdafiəçisi Benjamin Henriks yenidən Bundesliqada çıxış edə bilər.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu “Leyptsiq” klubunun maraq dairəsindədir. “Leyptsiq”in alman futbolçu üçün “knyazlıq klubu”na 25 milyon avro təklif etdiyi bildirilir.
Benjaminlə “Şalke” və “Bavariya”nın da maraqlandığı deyilir.
“Bayer”in yetirməsi olan futbolçu, 2015-2018-ci illərdə bu klubun əsas komandasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin