“Leyptsiq”də yeni müqavilə

Almaniyanın “Leyptsiq” klubu müdafiəçisi ilə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, klub Lukas Klostermannla müqavilənin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda, 23 yaşlı futbolçu ilə 2024-cü ilin yayınadək nəzərdə tutulan yeni müqavilənin imzalandığı bildirilib.

Alman futbolçu 2014-cü ildən “Leyptsiq”in şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button