“Leyptsiq”dən “Arsenal”a 80 milyon funt-sterlinqlik “zərbə”
Almaniyanın “Leyptsiq” klubu “Arsenal”ın transfer hədəfində olan futbolçunun təzminat məbləğini müəyyənləşdirib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Bundesliqa klubu Dayot Upamekanonun transfer qiymətini açıqlayıb. Fransalı futbolçunun komandadan ayrılmasını istəməyən klub, ona 80 milyon funt-sterlinq qiymət qoyub.
2017-ci ildən “Leyptsiq”in şərəfini qoruyan 21 yaşlı futbolçunun klubla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.
Dayotun transfer qiymətinin mövsümün sonunda 53 milyon funt-sterlinqə düşəcəyi və London klubunun cari mövsümün sonunda fransalı futbolçu üçün rəsmi təklif göndərəcəyi deyilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin