“Leyptsiq”dən 50 milyon avroluq transfer

‘Leyptsiq” yarımmüdafiəçi Xavi Simonsun tam transferini başa çatdırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu niderlandlı futbolçunu PSJ-dən 50 milyon avroya alıb.

Simons daha əvvəl icarə əsasında “Leyptsiq”də çıxış edib. O, PSJ-də qala bilərdi, ancaq parislilərin çalışdırıcısı Luis Enrike ona müntəzəm oyun praktikasına zəmanət verə bilmədiyi üçün yenidən “Leyptsiq”ə icarəyə getməyə qərar verib.

21 yaşlı oyunçunun qərarından xəbər tutan Paris klubu avqustda “Renn”dən Desir Duaini transfer edib.

Xavi Simons bu mövsüm “Leyptsiq”in heyətində 17 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button