
Son mövsümün ən yaxşı futbolçusu ilə yeni müqavilə – rəsmi
“Leyptsiq” klubu yarımmüdafiəçisi Kristofer Nkunku ilə müqaviləni uzadıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı fransalı ilə yeni müqavilənin müddəti 2026-cı il iyunun 30-na kimi hesablanıb.
24 yaşlı Nkunku Bundesliqada 2021/2022 mövsümünün ən yaxşı oyunçusu seçilib. O, 34 matçda 20 qol vurub və 15 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin