Almaniya klubu niderlandlı futbolçu üçün 16 milyon avro ödəyəcək

Belçikanın “Leuven” klubunun yarımmüdafiəçisi Ezequel Banzuzi “Leyptsiq”ə keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubunun rəhbərliyi niderlandlı futbolçunun transferi üçün 16 milyon avro ödəyəcək.

20 yaşlı yarımmüdafiəçi bu mövsüm “Leuven”in heyətində 31 matçda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə verib. Tərəflər arasında hazırkı müqavilənin müddəti 2026-cı ilin yayında başa çatacaq.

“Leyptsiq” Bundesliqanın 28 turundan sonra 45 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button