Naqelsmanndan 0:3-ə şərh
“Leyptsiq”in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının yarımfinalında PSJ-yə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 0:3 hesabıyla bitən görüşü belə şərh edib:
“PSJ finala çıxmağa layiq idi. İlk 10-12 dəqiqədə yaxşı oynadıq, 3-4 qol imkanımız da oldu. Komanda ikinci topu buraxdıqdan sonra oyunçuların inamı zəiflədi. Biz gənc komandayıq, yeni mövsümdə titul qazanmağa çalışacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin