
İngiltərə klubu “Leyptsiq”in hücumçusu üçün yeni təklif göndərib
“Leyptsiq”in hücumçusu Benjamin Şeşko “Nyukasl”a keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu “Nyukasl”ın sloveniyalı futbolçu üçün ilk təklifini rədd etdikdən sonra, ingilislər 75 milyon avro, üstəgəl 5-10 milyon bonusla yeni təklif göndərib. Tərəflərin danışıqları davam etdirdiyi bildirilir. Eyni zamanda, Şeşkonun nümayəndəsi sövdələşməni başa çatdırmaq üçün hər cür səy göstərir.
22 yaşlı forvard son mövsümdə bütün yarışlar nəzərə alınmaqla 45 matçda iştirak edib, 21 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin